34
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, telefon danışığı zamanı geniş spektrdə məsələlər müzakirə olunub. Zelenski görüşün “çox şeyi dəyişə biləcəyini” bildirib.
Məlumata əsasən, görüşün Nyu-Yorkda BMT Baş Assambleyasının keçirildiyi günlərdə baş tutması gözlənilir.
