26
Göygöldə qətl hadisəsi baş verib.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb.
Belə ki, kənd sakini 1985-ci il təvəllüdlü M. Quliyev arvadı, 1988-ci il təvəllüdlü M. Quliyevaya küt alətlə xəsarət yetirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən M. Quliyev saxlanılıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
