61
Krit adasında Retimno şəhəri yaxınlığında baş verən yanğını söndürərkən iki yanğınsöndürən həlak olub.
Ucnoqta.az bildirir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidməti məlumat verib.
Kanalın məlumatına görə, yanğınsöndürənlərin cəsədləri nəqliyyat vasitələrinin yaxınlığında yanmış vəziyyətdə tapılıb. İlkin məlumatlara görə, onlar yanğında qalıblar və təhlükəsiz yerə çata bilməyiblər.
