23
ABŞ Rusiya və Çinlə nüvə silahlarına nəzarətlə bağlı üçtərəfli dialoqu dəstəkləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio bildirib.
“Hesab edirəm ki, mövcud vəziyyət açıq şəkildə göstərir ki, 21-ci əsrdə həqiqətən effektiv silahlara nəzarət istəyiriksə, bu, üçtərəfli olmalıdır. Bu, ABŞ, Rusiya və Çini də əhatə etməlidir”, – deyə ABŞ-ın baş diplomatı jurnalistlərə bildirib.
“Düşünürəm ki, Prezidentin fikri budur ki, əgər biz bugünkü reallıqda nüvə arsenalının məhdudiyyətləri ilə bağlı danışıqlar aparmaq istəyiriksə, o zaman onlar Çini də əhatə etməlidirlər, çünki onlar öz arsenallarını sürətlə genişləndirirlər”, – Rubio əlavə edib.
