Meyxanaçı Balaəli məhkəməyə VERİLDİ

13:20 - 26 Dekabr 2024 - Xəbər

Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər.

Modern.az-ın əldə etdiyi məlumata görə, meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Bu maddəyə görə, Balaəli yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyib.

İşə Sabunçu rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, protokol təsdiq edilərsə, meyxanaçının sürücülük hüququ 6 aydan 1 ilə qədər məhdudlaşdırılacaq.

Xəbər xətti