Spiker təyyarənin atəşə tutulması ilə bağlı yayılan xəbərləri spekulyasiya adlandırıb

12:03 - 26 Dekabr 2024 - DÜNYA

Qazaxıstan Parlamenti Senatının spikeri Maulen Aşimbayev Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin fotolarına əsaslanaraq vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, spiker qeyd edib ki, müəyyən qüvvələr özlərinə divident qazanmağa çalışıblar.

“Bunlar fərziyyələr və əsassız ifadələrdir. Bu cür bəyanatları yaymaq yanlışdır, qeyri-etikdir və bu, müəyyən insanların bu vəziyyətdə özləri üçün müəyyən dividendlər qazanmaq istədiklərinin göstəricisidir”, - o Astanada jurnalistlərə deyib. 

Xəbər xətti