İsrail Prezidenti başsağlığı verdi

16:28 - 25 Dekabr 2024 - Xəbər

İsrail Dövlətinin Prezidenti İshak Hersoq Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.

"Bu gün səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarının Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin dəhşətli faciəsi məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş bütün xalqların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm", - Hersoq bildirib.

Xəbər xətti