Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb

19:09 - 24 Dekabr 2024 - HADİSƏ

Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

"Report" xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Qurbanov İslam Vahid oğlu hamamda dəm qazından boğularaq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.

Xəbər xətti