General Mehriban Əlizadəni işdən çıxardı - YENİ TƏYİNAT

17:08 - 24 Dekabr 2024 - Xəbər

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib. 

Ucnoqta.az  xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun bununla bağlı müvafiq əmr imzalayıb. 

Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, Aydan Rəcəbova 2014-2015-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin"Genetika, İnsan və heyvan fiziologiyası" ixtisası üzrə magistr təhsili alıb. Mehriban Əlizadə isə 2010-cu ildən sözügedən idarədə rəis və müavin vəzifəsində çalışıb. 

Xəbər xətti