Emoməli Rəhmon Rusiyaya səfər edib

11:29 - 24 Dekabr 2024 - DÜNYA

Tacikistan prezidenti Emoməli Rəhmon dekabrın 25-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prezident səhər saatlarında Sankt-Peterburqa yola düşüb.

Rusiya prezidenti Vladimir Putinin administrasiyası məlumat verib ki, Rusiya lideri ilə Tacikistan prezidenti arasında dekabrın 24-də Sankt-Peterburq yaxınlığındakı İqora kurort kompleksində keçiriləcək görüş planlaşdırılır.

Xəbər xətti