Suriya silahlı qüvvələri özlərini ləğv etmək və ölkənin yeni Müdafiə Nazirliyinin tərkibinə daxil olmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Məlumata görə, müvafiq razılıq Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd əl-Şaraa ilə Bəşər Əsədin nəzarətində olan silahlı qüvvələrlə döyüşlərdə iştirak edən fraksiyaların komandirləri arasında keçirilən görüşdə əldə olunub.