Yanvarın 10-da Venesuela prezidenti Nikolas Maduronun andiçmə mərasimində Kolumbiya və Meksika təmsil olunacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə iki ölkənin hakimiyyət orqanları məlumat yayıb.
Meksika prezidenti Klaudiya Şeynbaum inaqurasiyada hökumət nümayəndəsi və ya Venesueladakı faktiki səfirin iştirak edəcəyini deyib.
Kolumbiyanın xarici işlər nazirinin müavini Xorxe Roxas Rodriges də Venesueladakı səfir Milton Rengifonun inaqurasiyada iştirak etməsini planlaşdırıldığını bildirib.