Bolqarıstanın Pernik şəhəri yaxınlığında yük qatarı relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, Bolqarıstan Milli Radiosunun yerli administrasiyaya istinadən verdiyi məlumata görə, bərpa işləri bir həftə çəkə bilər.
Bolqarıstan Dəmir Yollarının məlumatına görə, kömürlə yüklənmiş 24 vaqondan ibarət qatar Batanovtsi stansiyasından keçərkən 4 vaqon relsdən çıxıb.
Hadisə nəticəsində insan tələfatı olmayıb, qəza hissəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb, sərnişinlər avtobuslarla Radomir, Dupnitsa və Kyustendil şəhərlərinə aparılacaq.
Hadisənin səbəblərini müəyyən etmək üçün komissiya yaradılıb.