Alyaska sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 291 min insanın yaşadığı Ankoric şəhərindən 627 km cənub-qərbdə olub.
Zəlzələnin ocağı 9,2 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb.