Braziliyanın şərqində avtobusun yük maşını və minik avtomobilinin toqquşması nəticəsində azı 22 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə G1 portalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, avtobusun təkəri partlayıb və nəticədə sürücü idarəetməni itirib və yük qoşqusuna çırpılıb.
Bundan sonra onu izləyən avtomobil avtobusa çırpılıb. Toqquşma nəticəsində avtobus yanıb.
13 nəfər xəstəxanaya çatdırılıb. Qəza nəticəsində magistralın bir hissəsində avtomobillərin hərəkəti tamamilə bağlanıb.
Avtobus San Paulodan Bahia ştatının Vitoriya da Konkista şəhərinə gedirdi.