Azərbaycanda general təqaüdə göndərildi

11:33 - 20 Dekabr 2024 - Xəbər

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fəzail Ağalarov vəzifəsindən azad edilib.

General Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fəzail Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib. ///Qafqazinfo

Xəbər xətti