Yunanıstan 2019-cu ildə qaçaqmalçılıq yolu ilə Yunanıstana gətirilməyə cəhd edilən 1055 qədim sikkəni Türkiyəyə qaytarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qiymətli əşyaların təhvil verilməsi mərasimi Afina Numizmatik Muzeyində Türkiyənin mədəniyyət naziri Lina Mendoninin və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoyun iştirakı ilə baş tutub.
Söhbət Pamfiliya, Kilikiya, İoniya, Kipr şəhərlərində, həmçinin Egina və Milos adalarında zərb edilən 61 gümüş (iki draxmadan), həmçinin eramızdan e.əvvəl V əsrin əvvəllərinə aid 994 gümüş Afina tetradrahmasından (dörd drahmadan) gedir.
“Onların Türkiyəyə təhvil verilməsi YUNESKO-nun 1970-ci il Beynəlxalq Konvensiyasının müddəalarına uyğun olaraq, habelə “Mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı, ticarəti və mülkiyyət hüququnun ötürülməsi ilə mübarizə və qarşısının alınmasına dair Protokol”a uyğun olaraq həyata keçirilir”, - mesajda deyilir.
Mədəniyyət naziri Lina Mendoni qeyd edib ki, Yunanıstan üçün onun ərazisindən qeyri-qanuni olaraq götürülən hər hansı mədəni sərvətin vətənə qaytarılması böyük sevinc və məmnunluq doğurur.
Mendoni Türkiyənin mədəniyyət və turizm nazirinə Ankaranın Londondakı Britaniya Muzeyindən Parthenon heykəllərinin geri qaytarılması və Afinada birləşdirilməsi tələbi ilə bağlı Yunanıstana verdiyi dəstəyə görə təşəkkür edib.