Avropa İttifaqı Gürcüstan hakimiyyətinin ölkənin icmaya qoşulması ilə bağlı danışıqları dayandırmaq qərarından təəssüflənir və etirazçılara qarşı zorakılıq faktının araşdırılmasına çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammitinin yekun bəyanatında deyilir.
“Avropa Şurası Gürcüstan hökumətinin Avropa İttifaqının əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan hərəkət kursu ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir. O, Gürcüstan hökumətinin ölkənin Aİ-yə üzvlük prosesini 2028-ci ilə qədər dayandırmaq qərarından təəssüflənir”, - bəyanatda deyilir.
"Gürcüstan hakimiyyəti toplaşma və ifadə azadlığı hüquqlarına hörmət etməli və güc tətbiq etməkdən çəkinməlidir. Bütün zorakılıq aktları araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir", - liderlər əlavə edib.
Sənəddə deyilir ki, “Avropa Şurası Gürcüstan hakimiyyətinin hazırkı fəaliyyət kursunu dəyişəcəyi təqdirdə Aİ-nin gürcü xalqının Avropa istəklərini və ölkənin üzvlük yolunu dəstəkləməyə hazır olduğunu vurğulayır”.