Litva Seymi (parlamenti) ölkədə yaşayan, biri rus, belarus və ya çinli olan ikili vətəndaşlığı olan şəxslərin respublikanın silahlı qüvvələrinə, eləcə də Könüllü Atıcılar İttifaqına xidmətə buraxılmasını qadağan edib.
Ucnoqta.az xəbər verir ki, Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə departamentinin təşəbbüsü Seymin növbəti plenar iclasında bəyənilib.
“Ölkəmizin milli təhlükəsizliyini təhdid edən qeyri-dost dövlətin vətəndaşlığı olan şəxs hərbi xidmətə qəbul edilməməlidir” - layihə irəli sürülən zaman keçmiş müdafiə naziri Laurinas Kaçiunas deyib.
Qeyri-dost ölkələrin siyahısını Baltikyanı respublika hökuməti açıqlayıb. Bu ilin yanvarında ona Belarus, Çin və Rusiya da əlavə edilib.
Qeyd edək ki, Litva ordusunda 20 minə yaxın adam xidmət edir.