Tam vitamin deposu! Təkcə immuniteti gücləndirmir... - 5 FAYDASI

07:16 - 19 Dekabr 2024 - MARAQLI

C vitamininin faydaları saysız-hesabsızdır. İmmuniteti gücləndirən ən təsirli vitaminlərdən biri olan C vitamininin sümük sağlamlığından dəri sağlamlığına qədər bir çox faydası var. 

Ucnoqta.az xəbər verir ki, prof. dr. Osman Müftüoğlu C vitamininin orqanizmə təsirlərindən danışıb.
Vitamin C sadəcə “immuniteti gücləndirən” təbii dəstək deyil. Onun daha çox istedadları var. 

Kollagen istehsalını dəstəkləyir. Bu səbəbdən də "dəriyə uyğun vitaminlər" siyahısında ilk üçlük arasındadır (digərləri hialuron turşusu və kollagen tip 1 və tip 3).
Qlutatyon yükləyir. Bunun başqa bir mənası da çox güclü antioksidant və xərçəng əleyhinə güc olmasıdır.

Dərini günəşin zərərli təsirlərindən qoruyur.
C vitamini sümük sağlamlığından saç və dırnaq sağlamlığına qədər bir çox toxumaların bütövlüyü üçün lazımdır.
Damar sağlamlığını dəstəklədiyi də bilinir.

Xəbər xətti