Qəzzada həlak olanların sayı 45,1 minə çatıb

08:02 - 20 Dekabr 2024 - DÜNYA

 İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələrin qurbanlarının sayı 50 nəfəri keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin anklavında fəaliyyət göstərən mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.

Qəzza zolağının Səhiyyə Nazirliyi daha əvvəl 32 nəfərin öldüyünü bildirərək, zərbələr nəticəsində bir çox adamın hələ də dağıntılar altında olduğunu bildirib.
Kanal qeyd edir ki, cümə axşamı İsrailin Qəzza şəhərində məktəblərdə yerləşən iki bomba sığınacağına endirdiyi zərbələr nəticəsində ən azı 15 fələstinli ölüb, 30-dan çoxu yaralanıb.

Anklavın Səhiyyə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, 2023-cü ilin oktyabr ayından hərbi əməliyyatlar başlayandan bəri İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində 45,1 minə yaxın fələstinli həlak olub, 107,2 mindən çoxu isə yaralanıb.

Xəbər xətti