Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edə bilər - KİV

10:57 - 20 Dekabr 2024 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə qəzeti məlumat yayıb.

Məlumata görə, Ərdoğanın Suriyanın paytaxtında qonşu ölkənin yeni hakimiyyət orqanları ilə, xüsusən onların lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır), Türkiyə prezidentinin də görüşü planlaşdırılır. 

Nəşr yazır ki, Ərdoğanın Suriyaya uçuşu zamanı Hama, Homs və İdlib xətti boyunca türk radarlarının işə salınacağı fövqəladə hava dəhlizi və “yer sipəri” yaradılacaq.

Türkiyə hakimiyyət orqanları hələ ki, qəzetin nəşrini təsdiqləməyib.

Xəbər xətti