Goranboyda iki qadın dəm qazının qurbanı olub.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinə baş verib
Qəsəbədə yaşayan Xocalı rayon sakinləri - 1972-ci il təvəlüdlü Səlimova Xumar Bahadur qızı və 1979-cu il təvəlüdlü Səlimova Sevil Seydi qızı dəm qazından zəhərlənərək ölüblər.
Məlumata görə, onlar əmiqızı olublar. Sevil Səlimova Xumar Səlimovanın evində qonaq olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.