Taliban 2021-ci ildə Əfqanıstanda nəzarəti ələ keçirdikdən üç il sonra Səudiyyə Ərəbistanı Kabildəki səfirliyini yenidən açıb.
Ucnoqta.az xəbər verir ki, səfirliyin X sosial şəbəkə səhifəsində məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı Krallığının istəyi ilə qardaş Əfqanıstan xalqına bütün növ xidmətlərin göstərilməsi məqsədilə ölkənin Kabildəki nümayəndəliyinin fəaliyyətinin bərpası qərara alınıb.
Taliban Əfqanıstan paytaxtının bütün ərazilərinə nəzarəti ələ keçirdiklərini elan etdikdən dərhal sonra krallıq diplomatik missiyasının bütün əməkdaşlarını 2021-ci ilin avqustunda təxliyə edib.
Üç aydan sonra Ər-Riyad Kabildəki səfirliyin konsulluq şöbəsinin işini bərpa etmək qərarına gəlib.
2023-cü ilin fevralında Səudiyyə Ərəbistanının bütün diplomatları təhlükəsizlik məqsədilə yenidən Əfqanıstanı tərk edərək krallığa qayıdıblar.