Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB və Aİİ sammitlərində iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib. Qonağı Pulkovo beynəlxalq hava limanında Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.
Görüşlər zamanı ölkə liderləri MDB və Aİİ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edəcəklər.
Birgə işlərin əsas nəticələrinə yekun vurulacaq, gələn il praktiki qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparılacaq.