Paraçinar şəhərində son 2,5 ayda tibbi yardım və qida çatışmazlığı səbəbindən 100-dən çox uşaq dünyasını dəyişib.
Ucnoqta.az-ın məlumatına görə, Geo TV yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, yerli sakinlər qəbilə münaqişəsi fonunda yolların bağlanması səbəbindən girişdən məhrumdur.
Məlumata görə, oktyabr ayında şiə qəbilələri sünni əleyhdarlarının karvanına hücum edərək 10-dan çox adamı öldürdükdə, əsas Pişəvər-Kürrəm magistral yolu da daxil olmaqla şəhərə gedən yollar təhlükəsizlik tədbiri olaraq bağlanıb.
“Yolların bağlanması səbəbindən sakinlər sağlamlıq və qida kimi əsas ehtiyaclardan məhrumdurlar. 100-dən çox uşaq tibbi yardım göstərilmədiyi üçün dünyasını dəyişib”, - telekanal Yuxarı Kürrəm rayon tehsilinin rəhbəri Ağa Müzəmildən sitat gətirib.
Telekanalın məlumatına görə, yerli sakinlər artıq altıncı gündür ki, yolların bağlanmasına etiraz edərək kommunikasiya marşrutlarının bərpası üçün təcili tədbirlər görülməsini tələb edirlər.
Səlahiyyətlilər xəstələri evakuasiya etmək və dərman çatdırmaq üçün helikopterlərdən istifadə edir, lakin yerli sakinlər bunun kifayət etmədiyini deyirlər.
Son aylar ərzində baş verən qarşıdurmalarda 130-dan çox adam birbaşa həlak olub.