Dekabrın 22-də İranın Aseman Airlines şirkətinə məxsus təyyarə ekipajı qadınlardan ibarət olub, Məşhəd hava limanına enib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Təyyarədə ekipajdan əlavə 110 sərnişin olub. Təyyarəni İranın ilk qadın pilotu Şarzad Şəms idarə edib.
Uçuş Analar Gününü qeyd etməyə planlaşdırılıb.