Qidada görülməyən təhlükə: Yalnız tərəvəz və meyvələrdə ...

07:35 - 26 Dekabr 2024 - Cəmiyyət

Son zamanlar qida istehsalında pestisidlərin həddindən artıq istifadəsi ciddi ictimai narahatlığa səbəb olub. Pestisidlərin qalıqları sağlamlıq üçün böyük risklər yaradır.
Xüsusilə orqan nəqli olan şəxslər, uşaqlar və hamilə qadınlar bu təhlükədən ən çox təsirlənən qruplar arasındadır. Bəs, ən çox pestisid ehtiva edən qidalar hansılardır?

Ucnoqta.az xəbər verir ki, Türkiyə Böyrək Vəqfinin (TBV) prezidenti Timur Erk, pestisid qalıqlarının yalnız tərəvəzlərdə olmadığına diqqət çəkərək, paxlalı bitkilər, ət, süd və yumurta kimi müxtəlif qidalarda da tapıla bilər. 

Pestisidlərin qalıqları bir çox insan, xüsusən də orqan transplantasiyası xəstələri üçün ciddi təhlükə yaradır.
“Pestisidlər kənd təsərrüfatı məhsullarını zərərvericilərdən qorumaq və məhsuldarlığı artırmaq üçün istifadə edilən kimyəvi maddələrdir. Ancaq bu kimyəvi maddələr sağlamlığımıza birbaşa zərər verə biləcək qalıqlar buraxa bilər”.

Tərəvəz və Meyvələr: Alma, çiyələk, pomidor, bibər və ispanaq kimi nazik qabığı və ya kobud səthi olan məhsullar daha çox pestisid saxlaya bilər.
Taxıllar və paxlalılar: Buğda, düyü, quru lobya və noxud kimi məhsullar pestisidlərə məruz qala bilər.

Uzunmüddətli və intensiv pestisidlərə məruz qalma aşağıdakı sağlamlıq problemlərinə səbəb ola bilər: Hormonal pozğunluqlar, sinir sisteminin zədələnməsi, xərçəngə səbəb ola biləcək toksik təsirlər, reproduktiv pozğunluqlar Xüsusilə uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər (orqan transplantasiyası resipiyentləri) bu təsirlərdən zərər görür.
Diyetoloq Aydın pestisidlərin təsirini azaltmaq üçün aşağıdakı addımları tövsiyə edir: Tərəvəzləri və meyvələri bol suda yuyun, onları sirkə və ya qazlı suda isladın Soyulmuş məhsulların qabığını soyun mövsümündə tərəvəz və meyvələrdən istifadə etmək.

Xəbər xətti