2025-ci il qrant müsabiqələri üçün 768 layihə təklifi daxil olub
Ucnoqta.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il üzrə qrant müsabiqələrinə müraciətdə ötən il olduğu kimi, bu il də yüksək fəallıq qeydə alınıb. QHT-lər tərəfindən 768 layihə təqdim edilib.
Bölgü bu şəkildə formalaşıb:
Kiçik qrant müsabiqəsi - 518 layihə;
Orta qrant müsabiqəsi - 170 layihə;
Böyük qrant müsabiqəsi - 80 layihə.
Yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə müvafiq elekton sistem vasitəsilə bildiriləcək. Texniki ekspertiza mərhələsindən uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası müstəqil ekspertiza nəticələrinə əsaslanmaqla, kollegial müzakirələr apararaq qalibləri müəyyən edəcək.
Qaliblərin adları 2025-ci ilin I rübü ərzində elan olunacaq.