Norveçin şimalında turistləri daşıyan avtobus Hadsel rayonundakı Osvatnet gölünə düşüb, 3 nəfər ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə The Sun yerli polisə istinadən yazır. Bildirilir ki, daha 4 nəfər ağır yaralanıb.
İlkin məlumatlara görə, avtobusda əksəriyyəti əcnəbilər olmaqla 58 nəfər olub.
Qar yağması və güclü külək şəraitində avtobus günün ortasında yoldan çıxaraq qismən su altında qalan gölə düşüb. Orada olanların hamısı kabinədən çıxarılıb. İnsanlar yaxınlıqdakı məktəbə yerləşdirilib.
Çinin Norveçdəki səfirliyindən Global Times-a verilən məlumata görə, avtobusda 15 Çin vətəndaşı olub. Onlardan 5-i yüngül xəsarət alıb.