Həştərxan və Volqoqrad hava limanlarında təyyarələrin gəlişinə və buraxılmasına müvəqqəti qadağa tətbiq edilib.
Ucnoqta.az Baza telqram kanalına istinadən xəbər verir ki, gediş-gəliş reysləri təxirə salınıb.
Moskvadan Həştərxana uçan Aeroflot reysi Mahaçqalaya yönləndirilib. Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 05:00 radələrində Soçi hava limanının fəaliyyətinə də müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi rəsmi olaraq təsdiqlənməyən məlumatlara görə Rusiya Hərbi hava qüvvələri tərəfindən vurulub. Rusiya hava limanlarına enişinə icazə verilməyən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.