Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
"Report"un məlumatına görə, hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, rayonun Kazımabad kənd sakini, 2011-ci il təvəllüdlü Cabbarova Rəsmiyə Namiq qızı qonaq getdiyi evdə yelləncəkdə oynayarkən ipin boğazına dolaşması nəticəsində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.