"Whatsapp"ın yeni aktivləşən "ekran paylaş" funksiyası üzərindən kiberdələduzluq halları baş verir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib. Elvin Abbasov bildirir ki, tanımadığınız nömrələrdən gələn görüntülü zəngləri qəbul etməyin:
"Belə ki, Whatsapp üzərindən müxtəlif xarici nömrələr ilə zəng edərək özlərini güc sturukturlarının əməliyyatçısı kimi təqdim edən dələduzlar, daha öncədən şəxsi məlumatları sosial mühəndislik yolu ilə əldə edilən vətəndaşa öz məlumatlarını təqdim edərək bank tətbiqinizə müdaxilə olub deyərək vətəndaşdan ekran görüntüsün paylaşmaqlarını tələb edirlər. Vətəndaş ekranı paylaşdıqdan sonra isə OTP kodu göndərilir və ekranda görünən kodu əldə edirlər. Dərhal vətəndaşın bank hesabına daxil olaraq mövcud vəsaiti və vətəndaşın adına kredit alaraq öz hesablarına köçürürlər".
Mütəxəssis qeyd edir ki, aşağıda təqdim etdiyim nömrələrdən zəng edilib:
"Nömrələr tez-tez dəyişir. Xarici nömrələrdən gələn görüntülü zəngləri açmayın, bu çox təhlükəlidir.
+35794064812
+94457002169
+94457993597
Məsələ ilə bağlı artıq bir neçə nəfər mənə müraciət edib".