Dünyanın ən yaxşı şahmatçısı şalvarına görə diskvalifikasiya edildi

09:37 - 28 Dekabr 2024 - DÜNYA

Norveç şahmatçısı Maqnus Karlsen dres-kod qaydalarını dəfələrlə pozduğuna görə Rapid üzrə dünya çempionatından diskvalifikasiya edilib.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə “Championship” GothamChess-ə istinadən xəbər verir.

Karlsenin yarışdan uzaqlaşdırılmasına səbəb geyindiyi cins şalvar olub.

Turnir zamanı Karlsen geyim qaydalarına əməl etmədiyinə görə artıq xəbərdarlıq alıb, lakin buna məhəl qoymayıb.

Rapid üzrə dünya çempionatının ilk günündən sonra Karlsen mümkün beş xaldan 2,5 xal toplayaraq 82-ci yerdə qərarlaşıb.

Xəbər xətti