Cənubi Koreya prezidenti Yon Seok Yeol hərbi vəziyyət zamanı parlamentə girməyə cəhd olarsa, hərbçilərə atəş açmağa icazə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya prokurorlarının materiallarına istinadən France 24 telekanalı məlumat yayıb.
“Atəş açmaq lazım olsa belə, qapıları sındırın və içəri girin vəçıxarın. Qapını balta ilə sındırmaq lazım olsa belə, içəri girin və hamını çıxarın”, – prokurorluq prezidentin sözlərindən sitat gətirir.