Dekabrın 30-dan etibarən Moskva ilə Aşqabad arasında müntəzəm reyslər bir ay müddətinə təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkmənistan Hava Yollarının saytında məlumat verilib.
“Türkmənistan Hava Yolları bildirir ki, 30.12.24-dən 31.01.25-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslər ləğv edilib.
Bildirilir ki, ödənişi tam geri qaytarılacaq.