Təyyarə göydə olarkən yanlrdı- Hadisə şahidləri

08:35 - 29 Dekabr 2024 - DÜNYA

 Cənubi Koreyanın Muan hava limanına enməzdən əvvəl Jeju Air Boeing 737-800 təyyarəsinin sağ qanadında yanğın görünüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

“Mən pansionatın üzərindən bir təyyarənin uçduğunu gördüm.

Sağ qanaddakı mühərrikdən alov uçurdu”, - 41 yaşlı Yoo Jae-yong bildirib.

O, hava limanının yaxınlığında yerləşən pansionatda istirahət edirdi.

Muan hava limanından 4,5 km məsafədə piyada gedən 24 yaşlı yerli sakin "Hadisədən əvvəl təyyarənin enməyə çalışdığını gördüm, eniş etməyə çalışdı, lakin partlayış çıxdı” - o dedi.

 “Bundan sonra güclü partlayış oldu, tüstü çıxdı ard-arda bir neçə partlayış baş verdi”. 

İlkin məlumata görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib.

Ekipaj eniş etməyə cəhd edib, lakin əlavə bir dairə etmək məcburiyyətində qalıb. Pilotlar təyyarəni  endirməyə çalışsalar da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.

Xəbər xətti