Muan hava limanında qəzaya uğrayan təyyarədə 179 nəfər həlak olub, 2 nəfər sağ qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Sərnişinlərin əksəriyyəti Koreya vətəndaşları olub.
Yerli televiziyada nümayiş olunan videolarda təyyarənin eniş şassisi açılmadan yerə enməyə cəhd göstərdiyi görünür. Təyyarə yerdə sürüşərək beton divara çırpılıb, partlayıb və daha sonra alovlara qərq olub.
Partlayış nəticəsində təyyarə demək olar ki, tamamilə sıradan çıxıb.
Qəzanın mümkün səbəbi eniş qurğusunun nasazlığıdır.