Bred Pitt və Ancelina Coli 5 ildən sonra boşanma şərtləri ilə bağlı razılaşdılar

09:50 - 31 Dekabr 2024 - MAQAZİN

Aktyorlar Bred Pitt və Ancelina Coli səkkiz illik məhkəmə çəkişməsindən sonra boşanma prosesini başa çatdırmaq şərtləri ilə bağlı razılığa gələ biliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə People jurnalı məlumat yayıb.

Məlumata görə, boşanma sənədləri dekabrın 30-da keçmiş ər və arvad tərəfindən imzalanıb.

Bred Pitt və Ancelina Coli bir neçə il görüşdükdən sonra 2014-cü ildə Fransada evləniblər, lakin 2016-cı ildə aktrisa boşanmaq üçün məhkəməyə müraciət etdi.
Onların nikahı rəsmi olaraq 2019-cu ildə sona çatıb, lakin cütlük indiyədək əmlakın bölünməsi, eləcə də üçünü övladlığa götürdükləri altı uşağın qəyyumluğu şərtləri ilə bağlı razılığa gələ bilməyib.
 Mübahisəli aktivlərdən biri cütlüyün 2008-ci ildə geri aldığı Provansdakı "Chateau Miraval" üzüm bağı idi. Daha sonra tərəflər bir-birini bu aktivin idarə olunması ilə bağlı razılaşmaları pozmaqda ittiham ediblər.

Bu arada Associated Press bildirir ki, əldə olunmuş razılaşma məhkəmə tərəfindən təsdiqlənməlidir.
Aktyorlar arasındakı müqavilənin təfərrüatları hələlik açıqlanmayıb.

Xəbər xətti