Bazar ertəsi Günəşdə ən yüksək dərəcəli iki partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, rusiya Tətbiqi Geofizika İnstitutundan (FGBU "IPH") TASS-a verilən məlumata görə, dekabrın 30-da, saat 07:14-də 3936 (N10W46) ləkələr qrupunda rentgen diapazonunda 37 dəqiqə davam edən X1.5 alışma qeydə alınıb.
Saat 07:32-də rentgen diapazonunda 3932 (S18W50) ləkələr qrupunda 5 dəqiqə davam edən X1.1 flaşı qeydə alınıb.
Bundan əlavə, Günəşdə daha altı M sinifli alışma olub.