Tarif Şurasının qərarına əsasən elektrik enerjisinin ölkədaxili tarifləri dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tarif Şurası qərar verib.
Qərara əsasən, əhali üzrə aylıq istehlak həcmi:
- 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
- 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
- 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:
- 65% abonent üzrə - 45 qəpik,
- 20% abonent üzrə - 1 manat 33 qəpik,
- 15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.
Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.