24 dekabr 2024-cü il tarixində Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batan vətəndaş - 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.