Günəşdə ən yüksək dərəcəli X olan yeni alışma qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Tətbiqi Geofizika İnstitutundan (IPG) TASS-a bildiriblər ki, belə bir gücün baş verməsi yanvarın 4-də ikinci hadisə olub.
Məlumata görə, yanvarın 4-də 3947 (N11E51) günəş ləkələri qrupunda rentgen diapazonunda 22 dəqiqə davam edən X1.8 alışması aşkar edilib.
Bu, günün ikincisi və 2025-ci ilin əvvəlindən bəri üçüncü yüksək dərəcəli alışma olub.
Daha əvvəl səhər saatlarında X1.1 alışması barədə məlumat verilmişdi. Bundan əlavə, yanvarın 3-də X1.2 alışması qeydə alınıb.