İkinci dünya müharibəsi başlandıqdan 1 il sonra Fransa Azərbaycanın paytaxtı Bakını bombalamaq üçün xüsusi plan hazırlayıb.
Bəs Parisi bu cinayəti planlaşdırmağa nə vadar edib?
Ucnoqta.az AzPost-a istinadən bildirir ki, 1 sentyabr 1939-cu il. Almaniya Polşaya hücum etdi. Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdi. Bununla da 1940-cı il mayın 10-dək davam edən və tarixə “qəribə müharibə” adı ilə düşən dava başladı. Çünki rəsmən müharibə elan olunsa da tərəflər bir-birilərinə qarşı heç bir döyüş əməliyyatı aparımırdılar.
23 avqust 1939-cu ildə Almaniya ilə Sovet İttifaqı arasında Hücum etməmək Paktı imzalandı. SSRİ qısa müddətə də olsa, müharibəni öz sərhədlərindən uzaqlaşdıra bildi. SSRİ ilə Almaniya arasındakı müqavilələr faşist təcavüzünü Şərqə yönəltməyə ümid edən Paris və Londonu ciddi şəkildə təşvişə saldı.
Onların qorxuları boşuna deyildi. Almaniya 1940-cı il fevralın 5-də sovet rəhbəri Stalinə məktubla müraciət edərək, Sovet İttifaqının xeyrinə böyük güzəştlərə getdiklərini xatırlatdı və tez bir zamanda böyük miqdarda neft tədarükündə təkid etdi.
Nəticədə 1940-cı il fevralın 11-də SSRİ və Almaniya arasında iqtisadi müqavilə imzalandı. Bu, faktiki olaraq İngiltərə və Fransa tərəfindən Almaniyanın blokadasının bir hissəsini aradan qaldırdı. Bu vəziyyət müttəfiqlərə qətiyyən sərf etmirdi.
Onlar SSRİ-yə qarşı müharibəyə başlamağı istisna etmirdilər. O zamanlardan çox maraqlı bir sənəd qalıb. Bu, Fransa Xarici İşlər Nazirliyinin ABŞ-ın Fransadakı səfirinə 11 yanvar 1940-cı il tarixli məktubudur. Məktubda deyilir ki, Fransa SSRİ-yə müharibə elan etməyəcək, sadəcə onu məhv edəcək.
Digər Qərb strateqləri də eyni fikrə gəldilər ki, Qafqazın neft bölgələrini heç bir xəbərdarlıq edilmədən bombardman etmək lazımdır.
1940-cı il martın 23-də bu hazırlıq başlandı. Londondan xüsusi Lockheed 12A təyyarəsi Malta və Qahirə vasitəsilə Bağdada gəlir. SSRİ sərhədlərinə doğru gələn təyyarə yeddi min metr hündürlükdə kəşfiyyat apararaq bir saat Bakı üzərində uçur.
1940-cı il aprelin 3-5-də İngiltərə və Fransa hərbi komandanlığının nümayəndələri SSRİ-nin işğalına hazırlığı gücləndirmək və təkcə Bakı və Batumini deyil, Bakı neft terminallarının yerləşdiyi Potini də bombalamaq barədə razılığa gəldilər.
Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki komandanı, general Maksim Veyqanda əməliyyata hazırlaşmaq əmri verilir. Əməliyyata Sovet neft yataqlarına 70 tona qədər bomba atacaq 100-ə qədər təyyarənin cəlb olunacağı planlaşdırılırdı.
Bu, başlanğıc idi; Fransızlar Bakıya hucum üçün Suriyada 150 minlik ordu hazırlayırdılar. Türkiyə və İranı da bu avanturaya cəlb etmək planı var idi. Blitskriq 15 gün ərzində keçirilməli idi. Mayın 15-ə kimi bütün qüvvələrin hazırlanması, iyunun sonunda isə əməliyyata başlanması planlaşdırılırdı. Tam qələbəyə şübhə yox idi.
Amma bütün planlar suya düşür.
Mayın 10-da Hitler “qəribə müharibəni” bitirmək və əsl müharibəyə başlamaq qərarına gəlir. Bir neçə gün ərzində almanlar fransızları məğlub etdilər. SSRİ-yə qarşı Napoleon” planları dərhal əhəmiyyətini itirdi. Ekspedisiya qüvvələrinin Dunkerkdən təxliyəsi gündəmə gəldi.
Bundan sonra baş verənlər daha da pis oldu. 1940-cı ilin iyununda Norveçin tərəfində vuruşan Britaniya aviasiyası Almaniya tərəfindən məhv edildi. Bakıya yönələn təyyarələr təcili olaraq geri çağırılmalı oldu.
Sovet hökuməti Bakıya hucumla bağlı məkrli planlardan xəbərdar idi və cavab tədbirləri hazırlayırdı. Qoşunlar tam döyüşə hazır vəziyyətə gətirilmişdi. Yüksək hündürlükdə Müttəfiqlərin təyyarələrindən üstün olan MiQ-3 qırıcıları yerləşdirilmişdi.
1940-cı il iyunun 1-nə kimi Qafqaz dairəsinin Hərbi Hava Qüvvələri dörd dəfə artaraq 1023 təyyarəə çatdırımışdı.
Buna baxmayaraq, neft yataqlarımız üçün təhlükə ciddi idi. Bakıda neft torpaq səthindən çıxarılırdı. Ona görə bombalardan cüzi ziyan belə fəlakətlə nəticələnə bilərdi.
Xoşbəxtlikdən bu baş vermədi.
Bakı nefti həmişə işğalçıları maqnit kimi özünə cəlb edib.
Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsini təmin edən əsas faktorlardan biri də Bakı nefti oldu.