Özbəkistanda 3,6 bal gücündə zəlzələ baş verib

00:02 - 7 Yanvar 2025 - DÜNYA

Özbəkistanın Nəvai vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki. bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Zəlzələnin episentri Nəvai vilayətinin Tamdin rayonunda yerləşib. Yeraltı təkanların dərinliyi 10 km olub.
 

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Xəbər xətti