Yamal zədəsini sağaldıb

22:19 - 7 Yanvar 2025 - İDMAN

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal zədəsini sağaldıb və İspaniya Superkubokunun yarımfinal mərhələsində "Atletik"lə qarşılaşmada oynaya bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Barselona"nın baş məşqçisi, almaniyalı Hansi Flik danışıb.

"Barselona" və "Atletik" arasında İspaniya Superkubokunun yarımfinal matçı yanvarın 8-də keçiriləcək.
 Yamal İspaniya çempionatının 17-ci turunun dekabrın 15-də keçirilən "Leqanes"lə matçda (0:1) zədələnib.
Futbolçu matçın 75-ci dəqiqəsində əvəzlənib.

"Lamin artıq bir neçə gündür məşq edir. O, oyuna hazırdır və yəqin ki, sabah oynayacaq", - Flik bildirib.

Yamalın 17 yaşı var.  Bu mövsüm futbolçu müxtəlif turnirlərdə 21 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə edib.

Xəbər xətti