Azərbaycanda belə fotosessiya edən olmayıb - Dilarədən iddialı FOTOLAR

13:21 - 8 Yanvar 2025 - MAQAZİN

Avroviziya təmsilçimiz Dilarə Kazımova yeni ilin ilk provkasiyon fotosessiyasını təqdim edib.

Ucnoqta.az xəbər verir ki, cazibədar sənətçi bodidə qeyri-adi paylaşımı ilə diqqətləri üzərinə çəkməyi bacarıb. 

D.Kazımova cəsarətli saç düzümləri, saç rəngləri ilə də diqqət çəkib. Gah qara, gah çəhrayı, gah çılğın qırmızı rəngli saçlarla səhnəyə çıxan, epotajlı geyimləri ilə heyrətləndirən pop ulduz bu dəfə saçını sarı rəngə boyadaraq ideal-fit bədən quruluşu ilə görənləri heyran edib.

Kazımova "kosmik look”unu uzun, parlaq, dəri çəkmələri ilə tamamlayıb.

Pop ulduzun bənzərsiz imici üzərində peşəkar  komanda çalışıb.

 Dilarə iddialı fotosessiyasından danışıb:

"Mən "təxribatçı” bir çəkiliş etmək istədim və mən bu işdə bizim ən "təxribatçı” fotoqrafımız Orxan Aslanovla əməkdaşlıq etmək qərarına gəldim. Çəkiliş inanılmaz dərəcədə maraqlı, yaradıcılıqla dolu idi. Çəkilişdə eyni zamanda süni xəz və hündür çəkmələrdən istifadə etdik. Rənglər xüsusi olaraq qış üçün seçildi və təbii ki, biz onları bir neçə görünüşdə istifadə etdik. Çəhrayıya olan sevgim isə hamıya məlumdur. Düşünürəm ki, belə fotosessiyanı Azərbaycanda edən olmayıb".

Qeyd edək ki, sənətçi yeni mahnı və klip üzərində işləyir.  Yeni layihə tezliklə ictimaiyyətə təqdim olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

///azxeber

 

Xəbər xətti