Mütəxəssislər illərdir yumurtanın fayda və zərərlərini müzakirə ediblər.
Bununla belə, son illər bir çox ekspertlər qidalanma proqramına yumurtanın əlavə edilməsinin vacibliyini bildirirlər.
Ucnoqta.az xəbər verir ki, Britaniyanın The Telegraph qəzeti niyə yumurta istehlak etməli olduğumuzu yazıb. Diyetoloq Rhian Stefenson, yumurtanın çox yaxşı bir protein və vitamin qaynağı olduğunu deyir.
"Yumurta ucuz, bişirilməsi asan və çox yönlüdür" – mütəxəssis deyib.
Karolina Farrell yumurtaların bədənin ehtiyac duyduğu, lakin öz-özünə istehsal edə bilmədiyi bir çox qida maddəsini təmin etdiyini də qeyd edib.