Ermənistana delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddə vəziyyətə nəzarət etmək üçün Aİ-nin mülki missiyasına ehtiyac var.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Mən vurğulamağı vacib hesab edirəm ki, Aİ-nin mülki missiyasının müşahidəçiləri Ermənistan və Azərbaycan sərhədində qalmaqda davam edirlər ki, bu da mühüm amildir.
Biz əminik ki, Ermənistanla Azərbaycan arasında bölünməz sərhəd var olduqca, Aİ-nin missiyası bizim üçün mühüm və zəruridir” -nazir qeyd edib.