Azərbaycanda yaxın günlərdə "Bakıkart" proqramı istifadəyə veriləcək.
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, artıq https://www.bakikart.az/Home/Index saytı fəaliyyətini bərpa edib. Yanvar ayının sonuna qədər mobil tətbiqin də istifadəyə veriləcəyi gözlənilir. Vətəndaşların hesabdakı vəsaiti də bərpa olunacaq. Belə ki, artıq hər kəs sayt vasitəsilə mobil tətbiqdə olan vəsaitin məbləğini öyrənə bilər.
Qeyd edək ki, ötən ilin avqust ayından 100 mindən çox istifadəçisi olan "Bakıkart" mobil tətbiqi və bakikart.az saytı fəaliyyətini dayandırmışdı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi buna səbəb mobil tətbiqdə yaranmış texniki nasazlıq göstərdi.
Xatırladaq ki, Bakıkart mobil tətbiqi 2023-cü il iyun ayından istifadəyə verilib. Bu mobil tətbiq vasitəsilə istifadəçilər QR bilet vasitəsilə ödəniş, karta məbləğ yükləyə bilirdilər. Həmçinin avtobus dayanacaqlar, avtobusları onlayn izləyirdilər.